demədi demə

əsl şairlər haqda şeir

Yazar: batka @ Noyabr 1, 2009 13:13

Millətə bir kəlmə sözləri həbdi

Özləri tapammır dərmansa,həbsə

Aynatək milləti göstərib ancaq

Atılıb zindana,atılıb həbsə

Aynaya şairlər möhtac qalırlar 

===========================


===========================

Bir söznən yüz könül ovlaya bilir

Bir söznən yüz oğul ürəkləndirib

Bir söznən milləti döyüşə çəkib

Bir söznən milləti zirehləndirib

Köynəyə şairlər möhtac qalırlar 

============================

Kim görüb kiməsə əlini aça

Baxma ki daş kəsək dizini açıb

Torpağın açılan gözünü tutub

Millətin tutulan gözünü açıb

Eynəyə şairlər möhtac qalırlar


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha